Əlixan Musayev:
Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) tərifləmələri üçün (ona) ram etdik. Bunları Biz etdik.
Bünyadov-Məmmədəliyev:
Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
Elmir Quliyev
:
Мы помогли Сулейману (Соломону) разобраться в этом и даровали им обоим власть (мудрость или пророчество) и знание. Мы подчинили горы и птиц для того, чтобы они славили Нас вместе с Давудом (Давидом). Мы это сделали.
Ələddin Sultanov:
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, peyğəmbərlik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
Kerbelayi Malik ağa:
Beləcə onu (bu hökmü) Süleymana (ə.s) anlatdıq. Hamısına hikmət və elm verdik. Davudla (ə.s) birlikdə təsbeh edən dağları və quşları əmrinə tabe etdik. Bunları edən Bizik.
Ələsgər Musayev:
Anlatdıq Biz onu Süleymana. Küllisinə əta etdik hikmət
və elm və ram etdik Davudla dağları, saya salsınlar və quşlar
da və olduq Biz fəaliyyət edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.
Kövsər Tağıyev:
Biz hökm verməyi Süleymana anlatmışdıq. Hər birinə hökmranlıq və elm vermişdik. Davud ilə birlikdə Allahı təsbih etsinlər deyə dağları və quşları onun əmrinə ram etdik. Bunları edən biz idik.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunu [belə hökm verməyi] Süleymana Biz başa saldıq. Hər ikisinə hikmət və bilik verdik. Dağları və quşları Davudla birlikdə Allahın şəninə təriflər demək üçün ram etdik. Biz bax belə edirik.
Sabirə Dünyamalıyeva:
Sonra da Biz, onu Süleymana dərhal yaxşıca dərk etdirdik. Və hamısına qanun və elm verdik. Davudla birlikdə Allahı nöqsan sifətlərdən pak tutsunlar deyə, dağları və quşları ram etdik/onları insanların istifadəsinə uyğun ölçülərdə yaratdıq. Və Biz edənik.