Ali-İmran Surəsi 79. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə, (o deyər): “Öyrətdiyiniz Kitabın (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”
Bünyadov-Məmmədəliyev:
Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm əməl, gözəl əxlaq itaət sahibi) olun!” - deyər.
Elmir Quliyev :
Если Аллах даровал человеку Писание, власть (знание или умение принимать решения) и пророчество, то ему не подобает говорить людям: "Будьте рабами мне, а не Аллаху". Напротив, будьте духовными наставниками, поскольку вы обучаете Писанию и изучаете его.
Ələddin Sultanov:
Allah kitab, hikmət peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!” (Xristianlar Həzrət İsanın ilah olduğunu iddia edirlər. Həzrət İsanın gətirdiyi dində olmayan Allahın birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə olunur.)
Kerbelayi Malik ağa:
Bir insan üçün Allahın ona kitab, hikmət peyğəmbərlik verməsindən sonra onun insanlara ‘Allahdan başqa mənə qul olun’ deməsi ola bilməz (mümkün deyil). Lakin kitabdan öyrəndiyiniz öyrətdiyinizə görə ancaq: ‘Rəbbani (özünü Rəbbinə həsr etmiş) qullar olun’ deyər.
Ələsgər Musayev:
Olmaz bir bəşər üçün ki, əta edə ona Allah kitab hikmət nəbilik, sonra o desin insanlar üçün: «Olun mənim üçün bəndə, Allahdan başqa! lakin olun rəbbanilər, ilə ki, oldunuz bilənlər kitabı ilə oldunuz tədrislilər!»
A.Mehdiyev və D.Cəfərli:
Hec bir b?s?r? yarasmaz v? mumkun deyil ki, Allah ona (s?mavi) kitab v? hikm?t, yaxud mutl?q hokm etm?k s?lahiyy?ti v? peyg?mb?rlik versin, sonra o, insanlara «Allah?n yerin? m?nim qullar?m olun!» desin. V? lakin (ona bel? dem?k yarasar ki): «kitab?n mu?lliml?ri oldugunuz v? onu yaxs?ca oyr?n?r?k oxudugunuz ucun Allahp?r?st, dinin t?rbiy? etdiyi v? din aliml?ri olun.»
Kövsər Tağıyev:
Allahın Kitab, hökm (hikmət) peyğəmbərlik verdiyi bir insanın, “Allahı buraxıb mənə qullar olun” deməsi ağlabatan deyil. Lakin (belə öyüd verər:) “Öyrətdiyiniz dərindən öyrəndiyiniz Kitab sayəsində rəbbanilər (Allahın istədiyi nümunəvi dindar qullar) olun”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bir adama Kitab, hikmət peyğəmbərlik bəxş etdikdən sonra onun insanlara: “Allaha yox, mənə qul olun!"- deməsi yox, "Kitabdan öyrətdikləriniz öyrəndikləriniz sayəsində rəbbanilər [öz Rəbbinə sadiq əməlisaleh bəndələr] olun!"- deməsi ona yaraşar.
Sabirə Dünyamalıyeva:
Allah, fanilərdən kitab, qanun qoymaq icra etmək [səlahiyyəti] peyğəmbərlik verdiyi heç kəsə, yaraşmaz ki, insanlara desin: "Allahın altındakılardan [biri] olan mənə, qul/kölə olun." Əksinə, [belə] demək yaraşar: "Öyrətdiyiniz dərs aldığınız/oxuduğunuz kitabın [bildirdiyi] kimi, Rəbbə səmimi bəndələr olun."