Əlixan Musayev:
Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”.
Bünyadov-Məmmədəliyev:
Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
Elmir Quliyev
:
Я искренне обратил свой лик к Тому, Кто сотворил небеса и землю, и Я не принадлежу к многобожникам!"
Ələddin Sultanov:
Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!” (“Hənif” kəlməsi “Allahı bir olaraq bilən, haqqa yönələn və batildən uzaq duran” mənalarına gəlir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, mən hənif olaraq üzümü yeri və səmaları yaradan Allahın Zatına çevirdim. Mən müşriklərdən deyiləm.
Ələsgər Musayev:
Həqiqətən, mən vəchimi hənif olaraq Ona tərəf döndərdim – Odur ki, yaradıb səmaları və ərzi və mən müşriklərdən deyiləm».
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».
Kövsər Tağıyev:
“Mən haqqa yönələn biri olaraq üzümü göyləri və yeri yaradana döndərdim. Mən Allaha şərik qoşanlardan deyiləm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən bir hənif [sidq ilə inanan] olaraq üzümü göyləri və yeri yaradana tərəf çevirdim. Mən müşriklərdən deyiləm."
Sabirə Dünyamalıyeva:
Həqiqətən mən hənif; batil inanclardan üz döndərmiş biri olaraq üzümü göyləri Və yeri yoxdan var edənə/yox edəcək olana çevirdim və mən şərik qoşanlardan deyiləm" dedi.