Əlixan Musayev:
(Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz”.
Bünyadov-Məmmədəliyev:
(Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”
Elmir Quliyev
:
Он отвернулся от них и сказал: "О мой народ! Я донес до вас послание моего Господа и искренне желал вам добра, но вы не любите тех, кто желает вам добра".
Ələddin Sultanov:
O zaman (Saleh) onlardan üz döndərdi və dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin vəhyini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.
Kerbelayi Malik ağa:
O zaman (Saleh ə.s) onlardan üz çevirdi və belə dedi: ‘Ey qövmüm, and olsun ki, Rəbbimin risalətini sizlərə təbliğ etdim! Sizə nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.’
Ələsgər Musayev:
Onlardan üz döndərdi və dedi: «Ay qoumum! Mən sizə Rəbbimin risalətini təbliğ etdim və sizə nəsihət etdim və lakin siz nəsihət edənləri sevmirsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».
Kövsər Tağıyev:
Artıq Salih onlardan üz döndərdi və: “And olsun, mən sizə Rəbbimin vəhy etdiklərini təbliğ etdim və sizə nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Saleh) onlardan üz döndərdi və dedi: “Ey mənim camaatım, artıq mən öz Rəbbimin risalələrini sizə çatdırdım və sizə öyüd-nəsihət etdim. Lakin siz nəsihət verənləri sevmirsiniz".
Sabirə Dünyamalıyeva:
O vaxt Saleh onlardan üz çevirdi və "Ey qövmüm! And olsun ki, mən sizə Rəbbimin göndərdiyini təbliğ etdim və sizə öyüd verdim, fəqət siz öyüd verənləri sevmirsiniz" dedi.