Əlixan Musayev:
Hər bir dişinin (bətnində) nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun dərgahında hər şeyin müəyyən ölçüsü vardır.
Bünyadov-Məmmədəliyev:
Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )
Elmir Quliyev
:
Аллаху известно, что носит каждая самка, насколько сжимается или расширяется каждая утроба. Всякая вещь у Него имеет меру.
Ələddin Sultanov:
Hər bir dişinin nəyə hamilə qaldığını və bətnlərin nəyi əskildib, nəyi artırdığını (körpənin vaxtından əvvəl və ya vaxtından gec doğulacağını) Allah bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir.
Kerbelayi Malik ağa:
Allah bütün qadınların nə daşıdığını və bətnlərinin nəyi azaltdığını və nəyi artırdığını bilir. Onun qatında hər şey bir miqdarla təqdir edilmişdir.
Ələsgər Musayev:
Allah bilir bütün hamilə qadınların daşıdığını və rəhmlərin nəyi əskiltdiyini və nəyi artırdığını və külli şey Onun yanında miqdarladır.
A.Mehdiyev və D.Cəfərli:
Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.
Kövsər Tağıyev:
Allah hər dişinin nəyə yüklü olduğunu, rəhimlərin nəyi artırıb nəyi əskiltdiyini bilir. Hər şey Onun qatında bir ölçü ilədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah hər dişinin (öz bətnində) nəyi daşıdığını və bətnlərin nə qədər sıxılıb, nə qədər genişləndiyini bilir. Axı Onun dərgahında hər şeyin ölçüsü vardır.
Sabirə Dünyamalıyeva:
Allah, "Hər bir dişinin nəyi daşıdığını və bətnlərin nəyi əskildib, nəyi artırdığını" bilir. Və hər şey, Onun dərgahında [müəyyən] bir ölçü ilədir.