İbrahim Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa dedi: “Əgər siz yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”.
Bünyadov-Məmmədəliyev:
Musa dedi: “Əgər siz bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tərifə (şükrə) layiqdir!”
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Если вы и все обитатели земли станете неверующими, то ведь Аллах Богатый, Достохвальный".
Ələddin Sultanov:
Musa demişdi: “Siz yer üzündə olanların hamısı nankorluq etsəniz belə, (bilin ki,) həqiqətən, Allahın heç bir şeyə ehtiyacı yoxdur O, şükür edilməyə layiqdir”.
Kerbelayi Malik ağa:
Musa (ə.s) belə dedi: ‘Əgər siz yer üzündə olanların hamısı inkar etsəniz belə şübhəsiz ki, Allah Ğanidir (şükrünüzə möhtac deyil), Həmiddir.’
Ələsgər Musayev:
Musa dedi: «Əgər kafir olasınız siz kim ki, cəmiyyən ərzdə var, həqiqətən, Allah Qənidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
Musa (öz qövmünə) dedi: «Əgər siz yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır sifət işləri mədh olunandır (ki, mələklər möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər).»
Kövsər Tağıyev:
Musa belə dedi: “Siz yer üzündə olanların hamısı nankorluq etsəniz belə, həqiqət budur ki, Allah hər baxımdan ehtiyacsız tərifə layiq olandır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: “Siz yer üzündə olanların hamısı küfr etsəniz də, Allahın heç bir ehtiyacı yoxdur, O, tərifəlayiqdir".
Sabirə Dünyamalıyeva:
Yenə Musa dedi ki: "Əgər siz yer üzündəki kəslər, hamınız birdən küfr işləsəniz [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsəniz/nankorluq etsəniz], yaxşı bilin ki, Allah həqiqətən çox varlı, heç bir şeyə möhtac olmayandır, təriflənən, tərifə layiq olandır."