Əlixan Musayev:
Biz mələkləri ancaq haqqı (bərqərar etmək üçün) endiririk. O zaman kafirlərə möhlət verilməz.
Bünyadov-Məmmədəliyev:
(Allah onların cavabında buyurdu: ) “Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz!
Elmir Quliyev
:
Мы ниспосылаем ангелов только с истиной, и тогда никому не предоставляется отсрочка.
Ələddin Sultanov:
Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman onlara möhlət verilməz.
Kerbelayi Malik ağa:
Biz mələkləri haqq ilə endiririk. O zaman onlara möhlət də verilməz.
Ələsgər Musayev:
Biz nazil edirik mələkləri ancaq haqq ilə və onlar olmazlar
onda nəzərə alınanlardan.
A.Mehdiyev və D.Cəfərli:
Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
Kövsər Tağıyev:
Biz mələkləri ancaq haqq və hikmətə uyğun olaraq endirərik. O zaman da onlara möhlət verilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz mələkləri ancaq haqq olaraq (əcəl vaxtı) nazil edərik və onda onlar yubadılmazlar.
Sabirə Dünyamalıyeva:
Biz o təbii gücləri, ancaq haqq olaraq endiririk. O vaxt da onlara möhlət verilməz.