Nəhl Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Atları, qatırları uzunqulaqları sizə həm minik, həm zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər yaradacaqdır.
Bünyadov-Məmmədəliyev:
Sizin minməyinizdən ötrü, həm zinət üçün atı, qatırı uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri s.) yaradacaqdır.
Elmir Quliyev :
Он сотворил коней, мулов и ослов, чтобы вы ездили на них верхом и для украшения. Он творит также то, о чем вы не ведаете.
Ələddin Sultanov:
Atları, qatırları uzunqulaqları da minəsiniz zinət olsun deyə (Allah yaratdı). O, sizin bilmədiklərinizi (başqa minik vasitələri) yaradır.
Kerbelayi Malik ağa:
Onlara minməyiniz üçün həm zinət olaraq (bəzək heyvanı olaraq) atlar, qatırlar eşşəklər daha bilmədiyiniz şeylər yaradar.
Ələsgər Musayev:
Atlar qatırlar ulaqlar sizin onlara süvar olmanız zinət üçündür. Xəlq edir O nəyi ki, siz bilmirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Atları, qatırları ulaqları onlara minməyiniz həm zinət bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri yaradacaqdır.
Kövsər Tağıyev:
Həm minməyiniz üçün, həm zinət olaraq atları, qatırları uzunqulaqları da yaratdı. Bilə bilməyəcəyiniz neçə-neçə şeylər yaradır.
M.Qənioğlu və T.Bilaloğlu:
At, qatır uzunqulaqları da O, sizin minməyiniz üçün yaraşıq üçün (yaratdı). O, sizin bilmədiyiniz şeylər yaradır.
Sabirə Dünyamalıyeva:
Allah, onlara minəsiniz, həm zinət olsun deyə, atları, qatırları uzunqulaqları yaratmışdır. Bilmədiyiniz şeyləri O əmələ gətirir.