Əlixan Musayev:
Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir həbsxana etdik.
Bünyadov-Məmmədəliyev:
(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.
Elmir Quliyev
:
Быть может, ваш Господь помилует вас. Но если вы вернетесь к бесчинству, то Мы также вернемся к наказанию. Мы сделали Геенну местом заточения для неверующих.
Ələddin Sultanov:
Bəlkə Rəbbiniz sizə rəhm edər. Əgər yenə (fitnə-fəsad törətməyə) dönsəniz, Biz də (sizi cəzalandırmağa) dönərik. Biz cəhənnəmi kafirlər üçün bir zindan etdik.
Kerbelayi Malik ağa:
Rəbbinizin sizə rəhmət (mərhəmət) etməsi ümid edilir. Əgər siz (fitnə-fəsada) dönsəniz, Biz də (cəzalandırmağa) dönərik. Cəhənnəmi kafirlər üçün zindan etdik.
Ələsgər Musayev:
Ola bilsin, Rəbbiniz sizə rəhm etsin! Əgər siz qayıtsanız,
Biz də qayıdarıq və kafirlər üçün cəhənnəmi hasar edərik.
A.Mehdiyev və D.Cəfərli:
(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.
Kövsər Tağıyev:
Bəlkə, Rəbbiniz sizə mərhəmət edər. Əgər siz əvvəlki halınıza qayıtsanız, biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz cəhənnəmi kafirlər üçün bir zindan etmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
(Əgər tövbə etsəniz), ola bilsin ki, Rəbbiniz sizə rəhm edə. Əgər yenə öz əməllərinizə qayıtsanız, Biz də qayıdarıq. Cəhənnəmi kafirlər üçün bir məkan etdik.
Sabirə Dünyamalıyeva:
Rəbbiniz sizə rəhm etsin. Və əgər siz qayıtsanz, Biz də qayıtdıq. Və Biz Cəhənnəmi kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün onları əhatə edən bir zindan etdik.