Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?”
Bünyadov-Məmmədəliyev:
(Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?”
Elmir Quliyev
:
Он сказал: "Господи! Как может быть у меня мальчик, если моя жена бесплодна, а я уже достиг дряхлого возраста?"
Ələddin Sultanov:
O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
Kerbelayi Malik ağa:
(Zəkəriyya (ə.s) belə) dedi: ‘Rəbbim, mənim necə bir oğlum ola bilər? Mənim qadınım da sonsuz oldu. Mən də qocalığın son həddinə çatdım.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim, necə mənim üçün oğul ola bilər? Bir surətdə
ki, arvadım doğmaz oldu və özüm də böyüklükdən aciz
olmuşam».
A.Mehdiyev və D.Cəfərli:
(Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?
Kövsər Tağıyev:
Zəkəriyya: “Rəbbim! Zövcəm qısır və mən də qocalığın son həddinə çatdığım halda mənim necə övladım ola bilər?”
M.Qənioğlu və T.Bilaloğlu:
Zəkəriyyə dedi: "Rəbbim, arvadım sonsuz olduğu, mən isə qocalığın son həddinə çatmış olduğum halda necə mənim oğlum ola bilər?"
Sabirə Dünyamalıyeva:
Zəkəriyya: "Ey Rəbbim! Arvadım sonsuz, mən də son dərəcə qoca olduğum halda, mənim cavan oğlum necə ola bilrə?" dedi.