Əlixan Musayev:
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər.
Elmir Quliyev
:
Среди людей есть такие, которые говорят: "Мы уверовали в Аллаха и в Последний день". Однако они суть неверующие.
Ələddin Sultanov:
İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər.
Kerbelayi Malik ağa:
İnsanlardan bir qismi deyərlər ki: 'Biz Allaha və axirət gününə iman etdik.' Onlar mömin deyillər.
Ələsgər Musayev:
İnsanlardan kim ki, deyir:
«Biz inandıq Allah ilə və günü ilə axırın» və deyil onlar
inananlarla.
A.Mehdiyev və D.Cəfərli:
İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.
Kövsər Tağıyev:
İnsanlardan inanmadıqları halda “Allaha və axirət gününə inandıq” deyənlər də var.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan elələri vardır ki, "Biz Allaha və axirət gününə iman gətirdik" – desələr də, iman gətirən deyildirlər.
Sabirə Dünyamalıyeva:
İnsanlardan bir qismi də, -inanan kəslər olmadıqları halda- "Allaha və axirət gününə iman gətirdik" deyirlər.