Taha Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Ondan başqa ilah olmayandır. Ən gözəl adlar təkcə Ona xasdır!
Bünyadov-Məmmədəliyev:
Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!
Elmir Quliyev :
Аллах Тот, кроме Которого нет иного божества и у Которого самые прекрасные имена.
Ələddin Sultanov:
Allahdan başqa heç bir ilah yoxdur! Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur!
Kerbelayi Malik ağa:
Allah ki, Ondan başqa İlah yoxdur. Ən gözəl isimlər Onundur.
Ələsgər Musayev:
Allah - yoxdur ilahi, ancaq Odur! Onun üçündür ən yaxşı isimlər.
A.Mehdiyev və D.Cəfərli:
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
Kövsər Tağıyev:
Allah ondan başqa heç bir ilah olmayandır. Ən gözəl isimlər Onundur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah! Ondan başqa bir tanrı yoxdur. Ən gözəl adlar Ona aiddir
Sabirə Dünyamalıyeva:
Allah, özündən başqa heç bir məbud olmayandır. Ən gözəl adlar yalnız Ona məxsusdur.