Nəml Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa )oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak müqəddəsdir!
Bünyadov-Məmmədəliyev:
Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) ətrafında olanlar (mələklər ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib nöqsanlardan kənardır!)
Elmir Quliyev :
Когда он подошел туда, раздался глас: "Благословен тот, кто в огне, и тот, кто вокруг него. Пречист Аллах, Господь миров!
Ələddin Sultanov:
Ora gəldiyi zaman belə bir səs gəldi: “Odun yanındakı (Musa) odun ətrafındakılar (mələklər) mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak müqəddəsdir!
Kerbelayi Malik ağa:
Beləcə oraya getdiyi zaman Ona belə bir nida gəldi: ‘Atəşin (nurun) içində ətrafında olanlar mübarək qılındı. Aləmlərin Rəbbi Allah Sübhandır.’
Ələsgər Musayev:
Amma elə ki, yaxınlaşdı ona, nida olundu: «Mübarəkdir kim ki, oddadır kim ki, onun yanındadır Sübhandır Allah Rəbbidir aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak müqəddəsdir.»
Kövsər Tağıyev:
(Musa) atəşin yanına çatdıqda ona belə nida olundu: “Atəşin başında olan da, ətrafında olanlar da mübarək olsun! Aləmlərin Rəbbi olan Allah nöqsanlardan uzaqdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, oraya yaxınlaşan kimi ona nida gəldi: "Odun yanında ətrafında olanlar xeyir-bərəkətlidir. Aləmlərin Rəbbi olan Allaha təriflər olsun!
Sabirə Dünyamalıyeva:
Sonra oraya gəldiyi zaman ona nida geldi: "Odun içindəki ətrafındakı adam bərəkətləndirilmişdir! aləmlərin Rəbbi olan Allah qüsurlardan pakdır!