Əlixan Musayev:
İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və (insanları) Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə (bu dünyada) bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”
Bünyadov-Məmmədəliyev:
İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
Elmir Quliyev
:
Когда человека коснется вред, он взывает к своему Господу, обращаясь к Нему одному. Когда же Он предоставляет ему благо от Себя, человек забывает Того, к Кому он взывал прежде (или забывает то, ради чего он взывал прежде), и равняет с Аллахом других, чтобы сбить других с Его пути. Скажи: "Попользуйся благами со своим неверием немного! Воистину, ты будешь одним из обитателей Огня".
Ələddin Sultanov:
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
Kerbelayi Malik ağa:
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək ona dua edər. Sonra (Allah) özündən bir nemət lütf etdiyi zaman daha əvvəl ona dua etdiyini (yalvardığını) unudar. Onun (Allahın) yolundan sapdırmaq üçün Allaha şərik qoşar. De ki: ‘Hələ küfrünlə bir az faydalan. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən.’
Ələsgər Musayev:
Onda ki, insana zərər toxunur, çağırır
Rəbbini Ona tərəf dönərək. Sonra onda ki, Öz tərəfindən ona
nemət verdi və o, unudar bundan qabaq Onu çağırmağı və edər
Allah üçün tay, Onun yolundan zəlalətə salmaq üçün. De:
«Mətahlan küfrünlə az. Həqiqətən, sən əshabındansan odun!»
A.Mehdiyev və D.Cəfərli:
(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan.»
Kövsər Tağıyev:
İnsana bir zərər toxunduğu zaman Rəbbinə üz tutaraq Ona yalvarar. Sonra öz tərəfindən ona bir nemət verdiyi zaman daha əvvəl Ona yalvardığını unudar və Allahın yolundan sapdırmaq üçün Ona şəriklər qoşar. De ki: “Küfrünlə bir az da səfa sür! Şübhəsiz, sən cəhənnəmliklərdənsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər insana bir bədxahlıq toxunarsa, o öz Rəbbinə üz tutaraq Onu çağırar. Sonra əgər Allah ona Özündən bir nemət verərsə, o, əvvəl çağırdığını unudar və (insanları) yolundan azdırmaq üçün (başqalannı) Allaha tay tutar. De: "Bir qədər öz küfrün ilə güzəran sür, axı sən cəhənnəmliklərdənsən”
Sabirə Dünyamalıyeva:
İnsana bir çətinlik üz verdiyi zaman, bütün qəlbini Ona verərək Rəbbinə yalvarar. Sonra ona Öz tərəfindən bir nemət bəxş etdiyi zaman da əvvəlcə Ona yalvardığı halı unudarvə Allahın yolundan döndərmək üçün Ona şəriklər qoşar. De ki: "Küfrünlə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edişinlə] bir müddət bəhrələn! Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən."