Əlixan Musayev:
Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o (maldan) bir şey verin, özlərinə də xoş söz deyin.
Bünyadov-Məmmədəliyev:
Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!
Elmir Quliyev
:
Если при разделе наследства присутствуют родственники, сироты и бедняки, то одарите их из него и скажите им слово доброе.
Ələddin Sultanov:
(Mirasın) bölgüsündə (varis olmayan) qohumlar, yetimlər və yoxsullar iştirak edərlərsə, onlara da ondan (o maldan) bir şey verin və onlara gözəl söz söyləyin!
Kerbelayi Malik ağa:
Miras bölgüsündə (miras düşməyən uzaq) qohumlar, yetimlər və yoxsullar orada iştirak edirlərsə, o təqdirdə onlara ondan (mirasdan) ruzi verin və onlara xoş söz söyləyin.
Ələsgər Musayev:
Onda ki, hazırdırlar qismətin bölgüsündə
yaxınlıq sahibləri və yetimlər və miskinlər, onda ruziləndirin
onları ondan və onlar üçün mərifətli söz deyin!
A.Mehdiyev və D.Cəfərli:
Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.
Kövsər Tağıyev:
Miras bölgüsündə (pay düşməyən) qohumlar, yetimlər və kasıblar iştirak etsələr, onlara da maldan bir şey verin və onlara (könüllərini alacaq) gözəl sözlər söyləyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bölgü vaxtı qohumlardan, yetimlərdən və kasıblardan da orada olarsa, onda onlara da bir şey verin və onları xoş sözlərlə dindirin.
Sabirə Dünyamalıyeva:
Mirasın bölüşdürülməsində qohumlar, yetimlər və yoxsullar iştirak etdikdə, onları da ondan ruziləndirin və onlara adət-ənənəyə müvafiq/yaxşılığı hər kəs tərəfindən qəbul edilən söz söyləyin.