Mömin Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən nəsillərindən olan əməlisalehləri onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.
Bünyadov-Məmmədəliyev:
Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!
Elmir Quliyev :
Господь наш! Введи их в сады Эдема, которые Ты обещал им, а также праведников из числа их отцов, супруг и потомков. Воистину, Ты Могущественный, Мудрый.
Ələddin Sultanov:
Ey Rəbbimiz! Həm onları, həm onların atalarından, zövcələrindən nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.
Kerbelayi Malik ağa:
Rəbbimiz, onlara vəd etdiyin adn cənnətlərinə onları onların atalarından, zövcələrindən nəsillərindən salah məqamına çatanları daxil et. Şübhəsiz ki, Sən Əzizsən, Hakimsən.
Ələsgər Musayev:
Rəbbimiz! Daxil et onları Ədn cənnətlərinə, hansı ki, vəd vermişdin onlara o kəsə ki, saleh idi atalarından zövclərindən zürriyyətlərindən. Həqiqətən, Sən Sən Əzizsən, Həkimsən!
A.Mehdiyev və D.Cəfərli:
Ey Rəbbimiz! Onları özlərinə əməlisaleh ata, zövcə övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət hikmət sahibi Sənsən!
Kövsər Tağıyev:
“Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən nəsillərindən yaxşı olanları da onlara vəd etdiyin Ədn cənnətlərinə qoy. Şübhəsiz, sən mütləq güc sahibisən, hökm hikmət sahibisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimiz, onları, onların atalanndan, zövcələrindən nəsillərindən əməlisaleh olanları vəd etdiyin Ədn [cənnət] bağlarına daxil et. Axı Sən qüdrətlisən, hökm hikmət sahibisən!
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Onları onların atalarından, zövcələrindən nəsillərindən əməlisaleh olanları onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edənsən.