Əhqaf Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxud: “Bunu özündən uydurmuşdur!” deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir (cəzadan) xilas edə bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda Şahid kimi (Allah) yetər. O, Bağışlayandır, Rəhmlidir”.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar: “(Muhəmməd) onu (özündən) uydurmuşdur!” deyirlər. (Ya Peyğəmbər!) De: “Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Quran) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”
Elmir Quliyev :
Или же они говорят: "Он измыслил его". Скажи: "Если я измыслил его, то вы нисколько не защитите меня от Аллаха. Ему лучше знать о том, о чем вы разглагольствуете. Довольно того, что Он является Свидетелем между мною и вами. Он Прощающий, Милосердный".
Ələddin Sultanov:
Yoxsa: “Onu özündən uydurmuşdur!” - deyirlər?! De: “Əgər onu özümdən uydurmuşamsa, onda Allahdan (gələcək əzaba qarşı) məni heç cür qoruya bilməzsiniz. O, sizin (Quran barəsində) etdiyiniz dedi-qoduları çox yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, bağışlayandır, rəhmlidir”.
Kerbelayi Malik ağa:
Yoxsa ‘Onu uydurdu.’ mu deyirlər? De ki: ‘Əgər onu mən uydururamsa, o zaman Allahdan mənə gələcək bir cəzaya siz mane ola bilməzsiniz. O, sizin Quran haqqında etdiyiniz söz-söhbətləri ən yaxşı bilir. Mənimlə sizin aranızda Ona (Qurani Kərimə) şahid olaraq Allah kifayət edər. O, Ğafurdur, Rəhimdir.’
Ələsgər Musayev:
Ya deyirlər: «Iftira edir o!» De: «Əgər mən iftira etsəm onu, onda siz malik deyilsiniz mənim üçün Allahdan bir şeyə. O bilir onun barəsində etdiyiniz dedi-qoduları. Kafidir Onunla şahidlik mənimlə sizin aranızda. O Ğəfurdur, Rəhimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Yaxud «bu Qur’anı özündən uydurub (Allaha nisbət verib)» deyərlər. De: «Əgər onu uydurmuş olsam (və Allah mənə əzab vermək istəsə) siz mənim üçün Allah(ın əzabın)dan (onun dəf edilməsində) əsla bir şeyə malik deyilsiniz.» O, sizin daxil olduqlarınızı (Qur’anı təkzib etməyinizi, onu cadu adlandırmağınızı) çox yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. Bağışlayan mehriban Odur!
Kövsər Tağıyev:
Yoxsa: “Onu uydurdu”, deyirlər? De ki: “Əgər mən onu uydurmuşamsa, Allahdan gələcək olana (cəzaya) qarşı siz mənim üçün heç bir şey edə bilməzsiniz. O, sizin haqqında (düşüncəsizcə) hay-küy saldığınız şeyi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq O yetər! O, çox bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud: "O, bunu özü uydurub!" - deyərlər. De: "Əgər onu uydurmuşamsa, onda siz məni Allahdan gələn heç bir şeydən [cəzadan] qurtara bilməzsiniz. Sizin (Quran barəsində) etdiyiniz boşboğazlığı O daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq O, kifayətdir. O, bağışlayandır, rəhmlidir."
Sabirə Dünyamalıyeva:
Yaxud da onlar, "Quranı, Məhəmməd uydurdu" deyirlər. De ki: "Əgər mən onu uydurmuşamsa, mənə Allahdan gələcək şeyə qadir ola bilməzsiniz; məni Allah kimi cəzalandıra bilməzsiniz. O, sizin nəyin içinə atıldığınızı daha yaxşı bilir. Sizinlə mənim aramda şahid olaraq Allah yetər. O, çox bağışlayandır, çox rəhm edəndir."