Həşr Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qənimət həmçinin) yurdlarından qo­­vulmuş malların­­dan məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini razılığını qazanmağa can atır, Allaha Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət riza diləyən, Allaha Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində işlərində) doğru olan kimsələrdir!
Elmir Quliyev :
А также бедным мухаджирам, которые были изгнаны из своих жилищ и лишены своего имущества. Они стремятся к милости Аллаха и довольству и помогают Аллаху и Его Посланнику. Они являются правдивыми.
Ələddin Sultanov:
Qənimətlər yurdları mallarından uzaqlaşdırılan, Allahdan lütf riza diləyən, Allaha Onun Peyğəmbərinə yardım edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kəslərdir.
Kerbelayi Malik ağa:
(Qənimət) hicrət edən kasıblar üçündür ki, onlar yurdlarından çıxarıldılar mallarından uzaqlaşdırıldılar. Onlar Allahın fəzlini rizasını qazanmaq istəyərlər . Allaha Onun Rəsuluna yardım edərlər. Məhz onlar sadiqlərdir.
Ələsgər Musayev:
Fəqir mühacirlər üçün o kəslər ki, xaric oldular diyarlarından mallarından Allahdan razılıq fəzl axtarmaq üçün Allaha Onun rəsuluna yardım etmək üçün həmin onlardır sadiqlər!
A.Mehdiyev və D.Cəfərli:
(Fəyin bir hissəsi) yurdlarından çıxarılmış malları əllərindən alınmış, Allahın fəzl-mərhəmət razılığını istəyən, Allaha Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. (Əsl) sadiqlər elə bunlardır.
Kövsər Tağıyev:
Bu mallar, xüsusilə, Allahdan bir lütf razılıq istəyərkən, Allahın dininə Peyğəmbərinə yardım edərkən yurdlarından mallarından uzaqlaşdırılan yoxsul mühacirlərindir. Bax onlar məhz doğru kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Qənimət həmçinin) öz diyarlarından mal-dövlətlərindən uzaqlaşdırılmış, Allahın lütf rizası sorağında olan, Allaha Onun peyğəmbərinə kömək edən kasıb mühacirlər üçündür. Bunlar (imana) sadiq qalanlardır.
Sabirə Dünyamalıyeva:
Allaha Elçisinə kömək edərlər; bax onlar, məhz doğru kəslərdir- yetimlərə, miskinlərə, səfərdə olanlara məxsusdur. Elçi sizə verirsə, onu dərhal alın. Sizə nəyi qadağan etsə, ondan uzaq dayanın. Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allahın haqq-hesab çəkməsi/əzabı çox şiddətlidir!