Mümtahinə Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah din uğrunda sizinlə vuruşmayan sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.
Bünyadov-Məmmədəliyev:
Allah din yolunda sizinlə vuruşmayan sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
Elmir Quliyev :
Аллах не запрещает вам быть добрыми и справедливыми с теми, которые не сражались с вами из-за религии и не изгоняли вас из ваших жилищ. Воистину, Аллах любит беспристрастных.
Ələddin Sultanov:
Allah sizinlə din uğrunda vuruşmayan sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
Kerbelayi Malik ağa:
Allah din uğrunda sizinlə savaşmamış sizi yurdunuzdan çıxarmamış olan kimsələrə yaxşılıq etməyinizi onlarla ədalətli davranmağınızı qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları (ədalətlə davrananları) sevər.
Ələsgər Musayev:
Nəhy etmir Allah sizə o kəslərdən ki, dində sizinlə döyüşməyirlər sizi öz diyarınızdan xaric etməyirlər, onlara yaxşılıq edəsiniz onlara qarşı insaflı olasınız. Həqiqətən, Allah sevir insaflıları!
A.Mehdiyev və D.Cəfərli:
Allah din barəsində sizinlə döyüşməyən sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir.
Kövsər Tağıyev:
Allah din barəsində sizinlə savaşmamış, sizi yurdlarınızdan çıxarmamış kimsələrə yaxşılıq etməyi, onlara ədalətli davranmağı sizə qadağan etməz. Şübhəsiz, Allah ədalətli davrananları sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dinlə əlaqədar sizinlə vuruşmayan sizi öz diyarınızdan qovub çıxarmayan kəslərə yaxşılıq etmənizi onlarla insaflı [yumşaq] davranmanızı sizə qadağan etmir. Axı Allah insaflıları sevir.
Sabirə Dünyamalıyeva:
Allah, din barədə sizinlə döyüşməyən sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi onlarla haqqaniyetli rəftar etməyi sizə qadağan etməz. Şübhəsiz ki, Allah haqqaniyetle görənləri sevər.