Səff Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.
Elmir Quliyev :
Они хотят погасить свет Аллаха своими ртами, но Аллах сохранит Свой свет, даже если это ненавистно неверующим.
Ələddin Sultanov:
Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
Kerbelayi Malik ağa:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah kafirlərin xoşuna gəlməsə nurunu tamamlayacaqdır.
Ələsgər Musayev:
Istəyirlər ki, söndürsünlər nurunu Allahın ağız sözləri ilə. Allah tamama yetirir Öz nurunu əgər bundan kafirlərin kərahətləri olsa belə.
A.Mehdiyev və D.Cəfərli:
Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini kitabını təkzib iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə Allah Öz nurunu tamamlayacaqdır.
Kövsər Tağıyev:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsələr də, Allah nurunu tamamlayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ağızları [sözləri] ilə Allahın nurunu [dinini] söndürmək istəyirlər. Halbuki kafirlər istəməsələr Allah Öz nurunu tamamlayacaqdır.
Sabirə Dünyamalıyeva:
Onlar, öz ağızları ilə Allahın nurunu/göndərdiyi dini söndürmək üçün çalışırlar. Halbuki kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin] xoşuna gəlməsə Allah, nurunu/dinini tamamlayacaqdır.