Əlixan Musayev:
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
Elmir Quliyev
:
Скажи: "Смерть, от которой вы убегаете, настигнет вас, после чего вы вернетесь к Ведающему сокровенное и явное, и Он сообщит вам о том, что вы совершали".
Ələddin Sultanov:
De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, siz qaçdığınız ölümlə mütləq qarşılaşacaqsınız. Sonra görünməyəni və görünəni bilən (Allaha) döndürüləcəksiniz. O zaman (Allah) nə etdiklərinizi sizə xəbər verəcək.’
Ələsgər Musayev:
De: «Həqiqətən, ölüm odur ki, siz
ondan qaçırsınız. Həqiqətən, o sizinlə görüşəcək, sonra siz
qayıdacaqsınız qeybi və şəhadəti bilənin tərəfinə və O xəbər
verəcək sizə nə ilə ki, oldunuz əməllilər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir».
Kövsər Tağıyev:
De ki: “Sizin qaçdığınız ölüm ki var, o, mütləq sizi yaxalayacaq. Sonra qeybi də, görünən aləmi də bilən Allaha qaytarılacaqsınız, O, sizə etdiklərinizi xəbər verəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Sizin qaçdığınız ölüm sizi haqlayacaqdır. Sonra isə siz qeybi və aşkarı bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz işlərdən sizə xəbər verəcəkdir."
Sabirə Dünyamalıyeva:
De ki: "Şübhəsiz ki, sizin qaçdığınız ölüm, mütləq sizə yetişəcək. Sonra görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi və hiss edilə bilən hər şeyi bilən [Allahın hüzuruna] qaytarılacaqsınız. O, sizə əməllərinizi [bir-bir] xəbər verəcək."