Əlixan Musayev:
Neçə-neçə məmləkətlər öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib onları dəhşətli əzablara düçar etdik.
Bünyadov-Məmmədəliyev:
Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.
Elmir Quliyev
:
Сколько городов ослушались повелений своего Господа и Его посланников! Мы представили им суровый счет и подвергли их ужасным мучениям.
Ələddin Sultanov:
Rəbbinin və Onun Peyğəmbərinin əmrindən çıxmış neçə-neçə məmləkəti şiddətli bir şəkildə haqq-hesaba çəkib dəhşətli bir əzaba düçar etdik.
Kerbelayi Malik ağa:
Neçə-neçə ölkələr Rəblərinin və Onun Rəsullarının əmrinə itaət etmədilər (həddi aşdılar). Bu səbəblə onları şiddətli bir haqq-hesaba çəkdik. Onları çox qorxunc əzabla əzablandırdıq.
Ələsgər Musayev:
Nə qədər kəndlərdən – təkəbbürlük edərək çıxdılar
əmrindən Rəblərinin və Onun rəsullarının – Biz onlardan
şiddətlə hesab çəkdik və onları pis əzabla cəzalandırdıq.
A.Mehdiyev və D.Cəfərli:
Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərlərinin əmrindən boyun qaçırtdı. Biz də onları çətin bir hesaba çəkdik. Olduqca pis bir əzabla əzab verdik.
Kövsər Tağıyev:
Neçə-neçə şəhərlərin xalqı Rəblərinin və onun elçilərinin əmrindən uzaqlaşıb azdılar. Bu səbəblə onları çətin bir hesaba çəkdik və görülməmiş bir əzaba düçar etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Neçə-neçə məmləkət öz Rəbbinin və Onun peyğəmbərlərinin əmrinə qulas asmadı. Biz də onlarla sərt haqq-hesab çəkdik və onlara görünməmiş bir əzab verdik.
Sabirə Dünyamalıyeva:
Neçə-neçə şəhərlər var ki, Rəbbinin və Onun elçilərinin əmrinə üsyan etdi və Biz də onları çətin bir hesaba çədik və onları görünməmiş, eşidilməmiş bir əzaba düçar etdik.