Əlixan Musayev:
Necə (ola bilər)?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!
Elmir Quliyev
:
Какой там (какой договор может быть с многобожниками)? Если они одолеют вас, то не станут соблюдать перед вами ни родственных, ни договорных обязательств. На словах они пытаются угодить вам, но в сердцах они питают к вам отвращение, ведь большинство их являются нечестивцами.
Ələddin Sultanov:
(Onlarla müqavilə) necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbləri rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir.
Kerbelayi Malik ağa:
Necə (əhdləri) ola bilər ki? Əgər sizə qarşı qüvvətlənsələr (bir-birlərinə arxa çıxarlarsa), sizin haqqınızda nə qohumluq əlaqəsinə və nə də zimmətə (əhdinizə görə sahib olduğunuz haqqlara) riayət etməzlər və onların qəlbləri istəmədiyi halda sizi ağızlarıyla (sözləriylə) razı edərlər və onların çoxu fasiqlərdir.
Ələsgər Musayev:
Necə olar ki, əgər üzərinizdə
qələbə çalsalar, sizin üçün heç bir yaxınlığı və əhdi
gözləməzlər? Onlar xoş dillə sizi razı saxlayırlar, ancaq
qəlblərində üz çevirirlər və onların əksəriyyəti fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
(Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.
Kövsər Tağıyev:
Onların necə bir əhdi ola bilər ki?! Əgər onlar sizə üstün gəlsəydilər, sizin barənizdə nə qohumluq əlaqələrinə, nə də andlaşmaya baxardılar. Sözləri ilə sizi məmnun etməyə çalışırlar, halbuki qəlbləri buna qarşı çıxır. Onların bir çoxu fasiq kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Necə ola bilər?! Əgər onlar sizə üstün gələrsə, sizin barənizdə nə qohum-qonşuluq əlaqəsinə, nə də bir əhdə riayət edərlər. Ürəklərində nifrət ola-ola onlar sizi sözləri ilə razı salmağa çalışarlar. Onların çoxu azğındır.
Sabirə Dünyamalıyeva:
Necə ola bilər? Və əgər onlar, sizdən üstün olsalar, sizin barənizdə bir anda və əhdə baxmazlar. Ağızları ilə sizi məmnun etməyə çalışarlar, ürəkləri rədd edər. Və onların çoxu haqq yoldan çıxmış kəslərdir: