Əlixan Musayev:
Hicr əhli də elçiləri yalançı saydı.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən , (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar.
Elmir Quliyev
:
Жители Хиджра тоже сочли лжецами посланников.
Ələddin Sultanov:
Hicr əhalisi də peyğəmbərləri yalanlamışdı. (“Hicr” Saleh peyğəmbərin qövmünün yaşadığı ərazinin adıdır. Burada yaşayan xalqa Səmud qövmü deyilirdi.)
Kerbelayi Malik ağa:
And olsun ki, Hicr xalqı göndərilən rəsulları yalanladı.
Ələsgər Musayev:
Daş əshabı da mürsəlləri yalançı saydı.
A.Mehdiyev və D.Cəfərli:
Və həqiqətən Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.
Kövsər Tağıyev:
And olsun, Hicr əhli də peyğəmbərləri inkar etmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Hicrin [Saleh tayfasının yaşadığı yer] sakinləri də peyğəmbərləri yalançı hesab etdilər.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Hicr əhli da elçiləri yalançı hesab etdilər.