Taha Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə dağın sağ tərəfinə (gəlməyiniz üçün) vədə verdik. Sizə (göydən) manna bildirçin endirdik.
Bünyadov-Məmmədəliyev:
Ey israil oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası bildirçin endirdik!
Elmir Quliyev :
О сыны Исраила (Израиля)! Мы спасли вас от вашего врага и дали вам обещание на правом склоне горы. Мы также ниспослали вам манну и перепелов.
Ələddin Sultanov:
Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası bildirçin əti endirdik.
Kerbelayi Malik ağa:
Ey Bəni İsrail! Sizi düşməninizdən qurtarmışdıq. Turun sağ tərəfində sizinlə (görüşmək üçün) vədləşdik sizə qüdrət halvası bildirçin endirdik.
Ələsgər Musayev:
«Ay Israil oğulları! Biz sizə düşməninizdən nicat verdik dağın sağ səmtini vəd verdik nazil etdik üzərinizə mannı səlva!
A.Mehdiyev və D.Cəfərli:
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) bildirçin nazil etdik.
Kövsər Tağıyev:
(Allah belə dedi:) “Ey İsrail oğulları! Sizi düşməninizdən xilas etdik, sizə Turun sağ tərəfini vəd etdik sizə qüdrət halvası ilə bildirçin endirdik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey İsrail övladlarıl Biz sizi düşməninizdən xilas etdik, sizə dağın sağ tərəfində (görüş) vədəsi verdik üzərinizə qüdrət halvası bildirçinlər endirdik.
Sabirə Dünyamalıyeva:
Ey İsrail oğulları! Sizləri düşməninizdən xilas etdik dağın sağ tərəfində sizə söz verdik/dağın sağ tərəfini sizə görüşmə yeri olaraq təyin etdik. Üstünüzə qüdrət halvası bildirçin/bal endirdik.