Əlixan Musayev:
Biz (Davuda) sizi (döyüşdə) təhlükələrdən mühafizə olunmaq üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?
Bünyadov-Məmmədəliyev:
Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu nemətinə) artıq şükür edərmisiniz?
Elmir Quliyev
:
Мы научили его (Давуда) изготовлять для вас кольчуги, чтобы они предохраняли вас от причиняемого вами вреда. Но разве вы благодарны?
Ələddin Sultanov:
Sizdən ötrü ona zireh düzəltmə sənətini öyrətdik ki, sizi (müharibədəki) çətinliklərdən qorusun. Artıq şükür edəcəksinizmi?
Kerbelayi Malik ağa:
Ona şiddətli vuruşmalarda sizi qorusun deyə zireh düzəltməyi öyrətdik. Elə isə siz şükür edənlərdənsinizmi?
Ələsgər Musayev:
Elm verdik ona libas
sənətini sizin üçün, ondan ötrü ki, müdafiə etsin sizi
pisliklərinizdən. Şükr etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Sizə görə (siz insanlara gərək olduğu üçün) Davuda zireh düzəltmək və döyüş geyimi hazırlamaq peşəsini öyrətdik ki, sizi müharibələrin çətinlik və zərər-ziyanından qorusun. Belə isə şükr edəcəksinizmi?
Kövsər Tağıyev:
Bir də savaşda sizi qorusun deyə Davuda sizin üçün zireh düzəltmək sənətini öyrətdik. İndi siz şükür edirsinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona [Davuda] sizin üçün zireh düzəltməyi öyrətdik ki, sizi (döyüşdə) xətərdən qorusun. Heç şükr edirsinizmi?
Sabirə Dünyamalıyeva:
Və Biz, sizin pisliyinizdən sizi qorumaq üçün, sizin üçün zireh düzəltməyi ona öyrətdik. Artıq, siz özünüzə verilən nemətlərin əvəzini ödəyənlərdənsinizmi?