Əlixan Musayev:
Siz onlardan (başqa) mənfəətlər də əldə edirsiniz. Siz onları minərək ürəyinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.
Bünyadov-Məmmədəliyev:
Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız.
Elmir Quliyev
:
Они приносят вам пользу, и на них вы достигаете того, чего желают ваши сердца. На них и на кораблях вас перевозят.
Ələddin Sultanov:
Onlarda sizin üçün başqa faydalar da vardır. Ürəyinizin istədiyi yerə onlar vasitəsilə gedib çatırsınız. Həm onlarla, həm də gəmilərlə səyahət edirsiniz.
Kerbelayi Malik ağa:
Heyvanlarda sizin üçün mənfəətlər (faydalar) vardır. Onun üzərində könüllərinizdəki ehtiyaclara (gedəcəyiniz yerlərə) çatmağınız üçün, onların (heyvanların) və gəmilərin üzərində daşınırsınız.
Ələsgər Musayev:
Sizin üçün onda mənfəət
var və çatmağınız üçün üzərində onun ürəklərinizdə olan hacətə
və onlarda və gəmilərdə daşınırsınız!
A.Mehdiyev və D.Cəfərli:
Və onlarda sizin üçün (süd, yun, dəri, bala, peyin və onların alveri kimi) mənfəətlər vardır. (Həmçinin) onlarla (mallarınızı onların üzərinə yükləyib istədiyiniz yerə getməklə) ürəyinizdə olan ehtiyaclara çatmağınız üçün (yaratdı onları). Onların üstündə və gəmilərdə daşınırsınız.
Kövsər Tağıyev:
Onlarda sizin üçün daha bir çox mənfəət var. Ürəklərinizdən keçən ehtiyaclara onlar vasitəsilə çatasınız deyə onları yaratmışdır. Onlarla və gəmilərlə daşınırsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
sizin üçün onlarda daha neçə faydalar vardır və ürəklərinizin ehtiyac duyduğu şeyə onlar vasitəsilə çatasınız. Siz onların belində və gəmilərdə daşınırsınız.
Sabirə Dünyamalıyeva:
Və sizin üçün onlarda daha neçə-neçə mənfəətlər vardır. Və Allah, onların üstündə könüllərinizdəki bir arzuya çatasınız deyə heyvanları yaradandır, nizamlayandır. Və siz, onların üstündə və gəmilərdə daşınırsınız.