Əlixan Musayev:
Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik.
Bünyadov-Məmmədəliyev:
Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).
Elmir Quliyev
:
Возвращайтесь к отцу и скажите: “Отец наш! Твой сын украл. Мы свидетельствуем только о том, что знаем, и не ведаем о сокровенном.
Ələddin Sultanov:
Atanızın yanına qayıdın və deyin ki: “Ay ata! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimizin (gözümüzlə gördüyümüzün) şahidi olduq. Biz qeybin mühafizəçiləri deyilik.
Kerbelayi Malik ağa:
Atanızın yanına dönün və belə söyləyin: ‘Ey atamız! Sənin oğlun, həqiqətən oğurluq etdi. Biz bildiyimizdən başqa bir şeyə şahid olmadıq (görmədik). Biz qeybi (necə olduğunu) da bilmirdik.’
Ələsgər Musayev:
Qayıdın atanızın yanına və deyin: «Ay atamız!
Həqiqətən, sənin oğlun oğurluq etdi. Biz şəhadət veririk, ancaq
nəyi ki, bilirik və biz qeybə mühafiz deyilik.
A.Mehdiyev və D.Cəfərli:
«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».
Kövsər Tağıyev:
“Siz atanızın yanına qayıdın və deyin ki: “Ey atamız! Həqiqətən, oğlun oğurluq etdi, biz ancaq bildiyimizə şahidlik etdik. (Sənə söz verdiyimiz zaman) qeybi (oğlunun oğurluq edəcəyini) bilməzdik”.”
M.Qənioğlu və T.Bilaloğlu:
Atanızın yanına qayıdın və deyin: "Ey atamız! Sənin oğlun oğurluq edib. Biz yalnız bildiyimizə şahidlik edərik, gözlə görmədiyimizə zamin deyilik.
Sabirə Dünyamalıyeva:
Siz qayıdıb atanıza deyin ki: Ey atamız! Oğlun oğurluq etdi/oğurluqda günahlandırıldı. Biz də ancaq bildiyimiz şeyə şahidlik etdik. Və biz görülməyəni, eşidilməyəni, hiss edilməyəni mühafizə edən deyilik.