Kəhf Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz daha mərhəmətli olan (başqa)(bir)(övlad) versin.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin onun əvəzində onlara daha təmiz (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.
Elmir Quliyev :
Мы захотели, чтобы Господь их даровал им вместо него того, кто будет чище и милосерднее к своим близким.
Ələddin Sultanov:
Beləcə, istədik ki, Rəbbi onlara əvəzində ondan daha təmiz daha mərhəmətli birini bəxş etsin.
Kerbelayi Malik ağa:
Beləcə onların Rəbbinin onu (öldürülən uşağı) ondan daha xeyirli, təmiz mərhəmətə daha yaxın olanla dəyişdirməsini istədik.
Ələsgər Musayev:
Biz iradə etdik ki, onun əvəzinə Rəbləri onlara ondan daha xeyirli olan pak mərhəmətə yaxın olanı versin.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr itaətsizlikdən pak olması baxımından) daha yaxşı mərhəmət mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.
Kövsər Tağıyev:
“Belə etməklə, Rəblərinin onlara bu uşağın əvəzinə daha xeyirli daha mərhəmətli bir övlad verməsini dilədik”.
M.Qənioğlu və T.Bilaloğlu:
biz istədik ki, Rəbbi onlara paklık baxımından daha yaxşısını mərhəmətə daha yaxınını əvəz versin.
Sabirə Dünyamalıyeva:
Sonra da Rəbbinin onun əvəzində onlara paklıq baxımından daha xeyirlisini mərhəmət baxımından daha yaxınını verməsini istədik.