Bəqərə Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! Günah qazanan xətaları özlərini bürüyən kimsələr məhz onlar Od sakinləridir orada əbədi qalacaqlar!
Bünyadov-Məmmədəliyev:
Bəli, günah qazanan qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər orada həmişəlik qalacaqlar.
Elmir Quliyev :
О нет! Те, которые приобрели зло и оказались окружены своим грехом, окажутся обитателями Огня. Они пребудут там вечно.
Ələddin Sultanov:
Bəli, kim günah qazanar qazandığı günahlar onu bürüyərsə, onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Xeyr (sandığınız kimi deyil), kim günah qazanmış xətaları özünü əhatə etmişsə, onlar artıq atəş əhlidir orada davamlı qalacaq olanlardır.
Ələsgər Musayev:
Bəli! Kim kəsb edib pisliyi əhatəlidir onunla xətaları onun - həmin onlardır əshabı odun. Onlar orada həmişəlikdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis görsə günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər orada həmişəlik qalacaqlar.
Kövsər Tağıyev:
Bəli, çirkin işlər görüb, günahı mənliyini bürümüş (və beləliklə, şirkə düşən) kəslər ki var, məhz onlar cəhənnəmlikdirlər. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, pis əməllər qazanan günahları özlərini bürümüş kəslər bunlar cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Bəli, kim bir pislik qazansa xətaları özünü əhatə etsə, bax onlar od əhlidir. Onlar orada əbədi qalacaqlar.