Ənbiya Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Güclü əsən küləyi Süleymana (ram etdik). Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik.
Bünyadov-Məmmədəliyev:
Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!
Elmir Quliyev :
Мы подчинили Сулейману (Соломону) сильный ветер, который дул по его повелению на землю, которую Мы благословили. Мы знаем о всякой вещи.
Ələddin Sultanov:
Şiddətli küləyi Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik!
Kerbelayi Malik ağa:
Fırtınalı külək Hz. Süleyman üçün idi. Onun əmri ilə bərəkətli etdiyimiz yerlərə gedərdi. Biz hər şeyi bilənik.
Ələsgər Musayev:
Süleymana küləyi, onda ki, əsərək onun əmri altında cari olur tərəfinə ərzin, hansı ki, bərəkətli etdik oranı olduq Biz küllisi ilə şeyin bilənlər!
A.Mehdiyev və D.Cəfərli:
Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
Kövsər Tağıyev:
Şiddətlə əsən küləyi Süleymanın xidmətinə verdik. Külək onun əmri ilə içində bərəkətlər yaratdığımız yerə doğru əsib gedərdi. Biz hər şeyi haqqı ilə bilənik.
M.Qənioğlu və T.Bilaloğlu:
Süleymana isə xeyir-bərəkətli etdiyimiz yerə onun əmri ilə coşub gedən küləyi (tabe etdik). Biz hər şeyi bilirik.
Sabirə Dünyamalıyeva:
Süleymana, içində bərəkətlər əmələ gətirdiyimiz torpağa doğru onun əmri ilə axıb gedən qasırğa halındakı küləyi ona ram etdik. Biz hər şeyi bilirik.