Əlixan Musayev:
Biz onu öz evi ilə birlikdə (yerə) batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)
Elmir Quliyev
:
Мы заставили землю поглотить его вместе с его домом. Не было у него сторонников, которые помогли бы ему вместо Аллаха, и сам он не мог помочь себе.
Ələddin Sultanov:
Nəhayət, onu evi ilə birlikdə yerə batırdıq. Nə Allahdan başqa ona yardım edən adamları var idi, nə də o, özünü müdafiə edə bildi.
Kerbelayi Malik ağa:
Sonra onu və onun sarayını yerə batırdıq. Ona Allahdan başqa yardım edəcək bir (dost) camaat da yox idi və yardım olunanlardan olmadı.
Ələsgər Musayev:
Biz ?mr etdik ?rz? onu v? onun yasay?s yurdunu udmag?. V? olmad? Allahdan ona yard?m ed?c?k d?st? v? olmad? o, yard?m alanlardan.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi.
Kövsər Tağıyev:
Nəhayət, onu da, sarayını da yerin dibinə batırdıq. Allaha qarşı ona kömək edə biləcək adamları da yox idi. Özünü qoruyub xilas edə bilənlərdən də deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu və onun evini batırdıq. Onun özünü Allahdan qoruyacaq bir dəstəsi olmadı. O, köməksiz qaldı.
Sabirə Dünyamalıyeva:
Axırda Biz onu və evini yerə batırdıq. Artıq Allahın altındakılardan ona kömək edəcək bir tərəfdar da tapılmadı və o, özünü müdafiə edib qurtulan kəslərdən də olmadı.