Əlixan Musayev:
Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləriözlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkarlardır.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!
Elmir Quliyev
:
Если бы они уверовали в Аллаха, Пророка и то, что было ниспослано ему, то не стали бы брать их себе в помощники и друзья. Но многие из них являются нечестивцами.
Ələddin Sultanov:
Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə iman gətirsəydilər, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onlardan çoxu (haqq yoldan çıxmış) fasiqlərdir.
Kerbelayi Malik ağa:
Əgər Allaha, Nəbiyə (Peyğəmbərə) və Ona endirilənə iman etsəydilər, onları dost tutmazdılar. Lakin onlardan bir çoxu fasiqlərdir.
Ələsgər Musayev:
Əgər onlar Allah ilə və nəbi ilə və nə ki,
nazil olub ona inanan olsaydılar, onları özlərinə dost
tutmazdılar. Lakin onların əksəriyyəti fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Kövsər Tağıyev:
Əgər Allaha, Peyğəmbərə və ona endirilənə (Qur`ana) inansaydılar, onları (müşrikləri) dost tutmazdılar. Lakin onlardan bir çoxu fasiq kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar Allaha, peyğəmbərə və ona nazil edilənə iman gətirsəydilər, onda onları özlərinə dost tutmazdılar. Lakin onların çoxu yolunu azanlardır.
Sabirə Dünyamalıyeva:
Və əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə inansaydılar, onları [özlərinə] himayəçi, yol göstərən yaxınlar qəbul etməzdilər. Lakin onlardan bir çoxu yoldan çıxmış kəslərdir.