Əlixan Musayev:
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”
Bünyadov-Məmmədəliyev:
Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
Elmir Quliyev
:
Как я могу бояться тех, кого вы приобщаете в сотоварищи, если вы не боитесь приобщать в сотоварищи к Аллаху тех, о ком Он не ниспослал вам никакого доказательства? Какая же из двух групп имеет больше оснований чувствовать себя в безопасности, если вы только знаете?"
Ələddin Sultanov:
Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?
Kerbelayi Malik ağa:
‘Sizə haqqında bir dəlil endirilməyən şeylərlə Ona şirk qoşmaqdan qorxmadığınız halda, mən sizin ortaq qoşduğunuz şeylərdən (bütlərdən) necə qorxa bilərəm. Əgər bilirsinizsə, (deyin görək) artıq iki qrupdan hansı əmin olmağa daha çox layiqdir?’
Ələsgər Musayev:
Necə qorxum sizin şəriklərinizdən, bir surətdə ki, siz Allah ilə şərik qoşursunuz və qorxmursunuz və nazil etməyib onun ilə üzərinizə sultanlıq? Bu iki firqənin hansınin haqqı var əmin ola, əgər oldunuz bilənlər?»
A.Mehdiyev və D.Cəfərli:
«Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).
Kövsər Tağıyev:
“Allahın, haqqında sizə heç bir dəlil endirmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuz, sizin şərik qoşduğunuz şeylərdən mən nə üçün qorxum? Elə isə iki tərəfdən hansı əmin olmağa daha layiqdir? Əgər bilirsinizsə, deyin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Necə ola bilər ki, mən sizin (Allaha) qoşduğunuz şəriklərdən qorxam, siz isə Onun üzərinizə bir dəlil kimi nazil etmədiyi şeyi Ona şərik qoşmaqdan qorxmayasınız? Əgər bilirsinizsə (deyin): bu iki dəstədən hansı əmin-amanlığa daha çox haqlıdır?"
Sabirə Dünyamalıyeva:
Və Allah, onlar barəsində heç bir güc-qüvvət nazil etmədiyi halda, siz [o şeyləri] Ona şərik qoşmaqdan qorxmursunuz, mən niyə sizin şərik qoşduğunuz şeylərdən qorxmalıyam? Bu halda, əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin-amanlıqda olmağa daha layiqdir?"