Hud Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik odda bişmiş gil­ daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.
Bünyadov-Məmmədəliyev:
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.
Elmir Quliyev :
Когда же явилось Наше веление, Мы перевернули вверх дном их селения и последовательно обрушили на них каменья из обожженной глины,
Ələddin Sultanov:
Əmrimiz gəldiyi zaman oranın altını üstünə çevirdik ora odda bişən bərk daşlar yağdırdıq.
Kerbelayi Malik ağa:
Artıq əmrimiz gəldiyi zaman onu (o şəhəri) alt-üst etdik. Onların üzərinə, ard-arda gələn (düzülüb hazırlanmış) siccildən (bişirilib sərtləşdirilmiş kərpicdən düzəldilmiş) daşlar yağdırdıq.
Ələsgər Musayev:
Amma elə ki, Bizim əmrimiz gəldi, oranı alt-üst etdik onların üzərinə yağdırdıq bərk gildən olan daş yağışı
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik onların üzərinə bişmiş möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.
Kövsər Tağıyev:
(Əzab) əmrimiz gəldiyi zaman oranın altını üstünə çevirdik. Üstünə bişirilmiş daşlar yağdırdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əmrimiz gələndə Biz oranı alt-üst etdik onların üzərinə daş kimi kəsəklər yağdırdıq.
Sabirə Dünyamalıyeva:
Nəhayət əmrimiz gəldikdə, oranın altını üstünə çevirdik. bişmiş palçıqdan, Rəbbinin dərgahında üstünə işarə qoyulmuş, yığılmış daşları onların üstünə yağdırdıq.