Kəhf Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!”
Bünyadov-Məmmədəliyev:
Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!”
Elmir Quliyev :
Что же касается стены, то она принадлежит двум осиротевшим мальчикам из города. Под ней находится их клад. Их отец был праведником, и твой Господь пожелал, чтобы они достигли зрелого возраста и извлекли свой клад по милости твоего Господа. Я не поступал по своему усмотрению. Вот толкование того, к чему ты не смог отнестись с терпением".
Ələddin Sultanov:
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
Kerbelayi Malik ağa:
Divar isə şəhərdə iki yetim uşağa aid idi. Onun altında onlara aid bir xəzinə vardı. Onların atası saleh idi. Bu səbəblə Rəbbin o ikisinin gənclik çağına çatmasını Rəbbindən bir rəhmət olaraq xəzinəni çıxarmalarını istədi. Mən bunları öz əmrim ilə etmədim (Allahın əmriylə etdim). Bu, səbir edə bilmədiyin hadisələrin yozumudur.
Ələsgər Musayev:
Amma o divar şəhərdəki iki yetim oğlanın idi onun altında onlar üçün xəzinə vardı. Onların ataları saleh idi Rəbbin iradə etdi ki, onlar həddi buluğa yetişəndə, sənin Rəbbindən rəhmət olaraq öz xəzinələrini aşkar edib çıxartsınlar. Fəaliyyət etmədim ona öz əmrimdən. Bu, təvilidir ki, bacarmadın üzərində onun səbrə!»
A.Mehdiyev və D.Cəfərli:
Divara gəldikdə isə: O, şəhərdə olan iki yetim yeniyetmə oğlanın idi onun altında o ikisi üçün bir xəzinə var idi. Onların ataları da yaxşı əməl sahibi olmuş şəxs idi. Beləliklə sənin Rəbbin o ikisinə qarşı mərhəmətli olduğu üçün, o ikisinin həddi-büluğa yetişmələrini öz xəzinələrini çıxarmalarını istədi. mən bunu öz istəyimlə etmədim. (Sənə danışdığım) bu (sirlər), səbr edə bilmədiyin əhvalatların yozumudur».
Kövsər Tağıyev:
“Divar isə şəhərdəki iki yetim uşağa aid idi. Altında onlara aid bir xəzinə var idi. Ataları da yaxşı bir insan idi. Rəbbin onların yetkinlik çağına çatmalarını Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini tapıb çıxarmalarını istədi. Mən bunları öz başıma etmədim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi onun altında onlar üçün bir xəzinə var idi. Onların atası isə əməlisaleh adam olmuşdur. Rəbbin istəyirdi ki, onlar həddi-buluğa çatsınlar öz xəzinələrini Rəbbinin mərhəmətilə çıxartsınlar. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu bax budur!".
Sabirə Dünyamalıyeva:
Divara da gəlincə; o, şəhərdəki iki yetim oğlanındı onun altında onlar üçün bir xəzinə vardı. Ataları da yaxşı bir adam idi. Bax, ona görə -Rabbinden bir mərhəmət olmaq üzrə- Rəbbin onların həddi-buluğa çatmalarını, öz xəzinələrini tapıb çıxartmalarını dilədi. mən onu [divarı dikəltmək işini] öz başıma etmədim. Sənin səbr etməyə taqətin çatmayan şeylərin mənası bax budur!"