Əlixan Musayev:
İnsana nemət verdiyimiz zaman (anlamayaraq) üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar.
Bünyadov-Məmmədəliyev:
İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar!
Elmir Quliyev
:
Когда Мы даруем милость человеку, он отворачивается и удаляется в гордыне. Если же его касается беда, то он приходит в отчаяние.
Ələddin Sultanov:
İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər.
Kerbelayi Malik ağa:
İnsana nemət verdiyimiz zaman üz çevirər və boyun qaçıraraq uzaqlaşar. Ona bir şər toxunduğu zaman ümidsizliyə düşər.
Ələsgər Musayev:
Onda ki, insana nemət verdik, Bizdən üz döndərib uzaq
olar. Onda ki, ona şər toxunar, məyus olar.
A.Mehdiyev və D.Cəfərli:
İnsana (sağlamlıq, mal və məqam) nemət(i) bəxş edəndə o, üz döndərər və özünü Bizdən uzaqlaşdırar, ona (xəstəlik və yoxsulluq kimi) bir şər yetişəndə isə bərk naümid olar.
Kövsər Tağıyev:
İnsana nemət verdiyimiz zaman üz çevirib uzaqlaşar. Ona bir müsibət üz verdikdə isə ümidsizliyə düşər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsana bir yaxşılıq edəriksə, o, üz döndərib təkəbbür göstərər. Ona bəla toxunduqda isə, məyus olub gileylənər.
Sabirə Dünyamalıyeva:
Və Biz insana nemət verdiyimiz zaman üz çevirib uzaqlaşar. Ona bir pislik üz verdikdə isə ümidsizliyə düşər.