Əlixan Musayev:
Bir zaman Biz İsrail oğul-ları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– (deyə) əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, (haqdan) üz çevirib döndünüz.
Bünyadov-Məmmədəliyev:
Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.
Elmir Quliyev
:
Вот Мы заключили с сынами Исраила (Израиля) завет о том, что вы не будете поклоняться никому, кроме Аллаха; будете делать добро родителям, а также родственникам, сиротам и беднякам; будете говорить людям прекрасное, совершать намаз и выплачивать закят. Но впоследствии вы отвернулись с отвращением, за исключением немногих.
Ələddin Sultanov:
Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.
Kerbelayi Malik ağa:
Biz İsrail oğullarından: ‘Allahdan başqasına qul olmayın, ana-ataya, qohum-əqrabaya, yetimlərə və miskinlərə ehsan (yaxşılıq) edin, insanlara gözəl söz söyləyin, namazı qılın, zəkatı verin.’ deyə misaq almışdıq. Sonra da sizdən çox azınız istisna olmaqla, (misaqınızdan) döndünüz. Siz üz çevirən kimsələrsiniz.
Ələsgər Musayev:
Onda götürdük and Israil
oğullarından: «Ibadət etməyəsiniz Allahdan başqasına və
valideynlərlə ehsan və yaxınlara və yetimlərə və miskinlərə və
deyin insanlar üçün hüsnü- rəğbətli və qiyam edin islahata və
əta edin zəkatı!» Sonra üz döndərdiniz, ancaq azından başqa
sizdən və siz üz döndərənsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz.
Kövsər Tağıyev:
Bir vaxt Biz İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyəcəksiniz, ata-anaya, yaxınlara, yetimlərə, yoxsullara yaxşılıq edəcəksiniz, hər kəsə gözəl sözlərsöyləyəcəksiniz, namazı qılacaqsınız, zəkatı verəcəksiniz”, – deyə söz almışdıq. Sonra çox azınız xaric üz çevirib sözünüzdən döndünüz.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz İsrail övladlarından əhd-peyman aldıq: "Siz ancaq Allaha ibadət edəsiniz. Valideynlərə, qohum-əqrabaya, yetimlərə və miskinlərə xeyirxahlıq edəsiniz ! İnsanlarla xoş danışın, namaz qılın, zəkat verin !" Sonra siz, az bir qisminiz istisna olmaqla, üz döndərdiniz. Siz ki dönüklərsiniz !
Sabirə Dünyamalıyeva:
Və bir vaxt Biz, İsrail oğullarından 'qəti vəd' almışdıq: "Allahdan başqasına ibadət etməyin, ana-ataya, yaxınlığı olanlara, yetimlərə, miskinlərə də yaxşılıq edin, insanlarla xoş dillə danışın, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurun-yaşadın] və zəkatı/vergini verin." Sonra da çox az bir qisminiz istisna olmaqla üz döndərdiniz. Və siz üz döndərən kəslərsiniz.