Ənbiya Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”
Elmir Quliyev :
Помяни также Айюба (Иова), который воззвал к своему Господу: "Воистину, меня коснулось зло, а ведь Ты Милосерднейший из милосердных".
Ələddin Sultanov:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (Təfsirçilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü əlindən çıxmışdı. Özü on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən sağalması üçün dua etməkdən həya edirdi. Nəhayət, xanımının xahişi ilə yuxarıdakı ayədə qeyd edildiyi kimi Allaha dua etməklə kifayətlənmişdi.)
Kerbelayi Malik ağa:
Hz. Eyyub Rəbbinə belə nida etmişdi: ‘Şübhəsiz ki, mənə bir bəla üz verdi (xəstəlik gəldi). Sən rəhmət edənlərin ən çox rəhmət edənisən.’
Ələsgər Musayev:
Əyyuba. onda nida etdi Rəbbinə: «Həqiqətən mənə toxunubdur zərər Sən rəhm edənlərin rəhimlisisən!»
A.Mehdiyev və D.Cəfərli:
Əyyubu onun «mənə xəstəlik, çətinlik bəla üz verib Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!
Kövsər Tağıyev:
Əyyubu da xatırla. Bir vaxt o, Rəbbinə: “Şübhəsiz ki, mən bəlaya düşdüm, sən isə mərhəmətlilərin ən mərhəmətlisisən”, deyə dua edib yalvarmışdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Əyyubu da (yada sal). O zaman o, Rəbbini səslədi: "Mənə bəla toxunub. Axı sən mərhəmətlilərin ən mərhəmətlisisən!"
Sabirə Dünyamalıyeva:
Əyyub; bir vaxt o: "Şübhəsiz ki, mənə zərər toxundu. Sən rəhm edənlərin ən rəhmlisisən" deyə Rəbbinə nida etmişdi