Əlixan Musayev:
Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) vəd olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir.
Elmir Quliyev
:
Это обещают нам, а еще раньше это обещали нашим отцам. Это — всего лишь легенды древних народов".
Ələddin Sultanov:
Əlbəttə, bu, bizə də, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
Kerbelayi Malik ağa:
And olsun ki, bu bizə vəd edildi və daha əvvəl də atalarımıza vəd edildi. Bu ancaq əvvəlkilərin əfsanələridir.
Ələsgər Musayev:
Əlbəttə, bizə və
atalarımıza qabaqcadan bu vəd verilmişdi. Bu, ancaq
əvvəlkilərin əsatiridir».
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.
Kövsər Tağıyev:
And olsun, biz də, bizdən əvvəl ata-babalarımız da bununla təhdid edilmişdik. Bu, əvvəlkilərin uydurduğu nağıllardan başqa bir şey deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, bizə əvvəllər də, ata-babalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir".
Sabirə Dünyamalıyeva:
And olsun ki, biz və atalarımız bundan əvvəl bununla təhdid edilmişdik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil!" dedilər.