Nəml Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə (məhşərə) sürüklənərlər.
Bünyadov-Məmmədəliyev:
O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar (bir yerə cəm edilib məhşərə) sürüklənərlər.
Elmir Quliyev :
В тот день Мы соберем из каждого народа толпу тех, кто считал ложью Наши знамения, и их будут подталкивать.
Ələddin Sultanov:
O gün hər ümmətdən ayələrimizi yalanlayan bir dəstəni bir yerə toplayacağıq onlar (haq-hesab yerinə) göndəriləcəklər.
Kerbelayi Malik ağa:
O gün bütün ümmətlərdən ayələrimizi təkzib edənləri (yalanlayanları) qrup-qrup həşr edəcəyik (toplayacağıq). Beləcə onlar (72 firqə) bir yerə gətirilər.
Ələsgər Musayev:
O gün toplayarıq külli ümmətdən ayətlərimizlə Bizi yalan saymış kəsləri fövcnən budur onlar təyin olunmuşdurlar.
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki sonuncuları) bir yerdə cəm edilər tutulub saxlanılar.
Kövsər Tağıyev:
Hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə toplayacağımız onların (toplu olaraq haqq-hesab yerinə) sürüklənəcəkləri günü xatırla.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz hər millət içərisindən Bizim ayələrimizi yalan hesab edənləri ayrı-ayrı dəstələr halında məhşərə toplayacağıq.
Sabirə Dünyamalıyeva:
başçısı olan hər camaatdan, ayələrimizi/nişanələrimzi/işarətlərimizi təkzib edən bir dəstəni yığdığımız gündə, onlar tutularaq sürüləcəklər.