Mömin Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elçiləri onlara açıq-aydın ayələr gətirdikdə, ancaq özlərindəki biliyə sevindilər və, beləliklə də, onları istehza etdikləri (şey) (əzabla) çulğaladı.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı).
Elmir Quliyev :
Когда их посланники приходили к ним с ясными знамениями, они радовались тому знанию, которое было у них. И тогда их окружило (или поразило) то, над чем они издевались.
Ələddin Sultanov:
Peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.
Kerbelayi Malik ağa:
Onlara rəsulları açıq-aydın dəlillərlə gəldiyi zaman özlərində olan elm səbəbiylə fərəhləndilər. İstehza etmiş olduqları şey onları bürüdü.
Ələsgər Musayev:
Amma elə ki, gəldi onlara rəsulları bəyanatlarla, onlar fərəhləndilər yanlarında olan elmdən. haqladı onları ki, onunla olmuşdular istehza edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə peyğəmbərləri onlara aydın dəlillər gətirən zaman onlar özlərində olan (xarab əqidəyə dünya işləri barəsindəki) elmə ürək qızdırdılar (və peyğəmbərlərin təlimlərini tərk etdilər). (Nəhayət) istehza etdikləri şey onlara yetişdi onları bürüdü.
Kövsər Tağıyev:
Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdikdə öz bilikləri ilə qürrələndilər (və onları məsxərəyə qoydular). İstehza etdikləri şey sonda onları yaxaladı.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərləri onlara aydın dəlillər gətirəndə, onlar özlərindəki biliyə qürrələndilər. Onların ələ saldıqları (əzab) özlərini bürüdü.
Sabirə Dünyamalıyeva:
zaman ki, elçiləri onlara açıq-aşkar dəlillərlə gəldi, özlərində olan elmdən ötrü öyündülər. Halbuki, məsxərəyə qoyduqları şey onları bürümüşdü.