Hud Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mədyən qövmünə qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Ölçünü çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm qorxuram ki, başınıza (hər şeyi) bürüyən günün əzabı gələ.
Bünyadov-Məmmədəliyev:
Mədyən əhlinə qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!
Elmir Quliyev :
Мы отправили к мадьянитам их брата Шуейба. Он сказал: мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас иного божества, кроме Него. Не обмеривайте и не обвешивайте. Я вижу, как вы благоденствуете, и боюсь, что вас постигнут мучения в Объемлющий день.
Ələddin Sultanov:
Mədyənə qardaşları Şüeybi (peyğəmbər göndərdik). O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü çəkini əskiltməyin! Mən sizin rifah içində yaşadığınızı görürəm sizi bürüyəcək bir günün əzabından qorxuram.
Kerbelayi Malik ağa:
Mədyən qövmünə onların qardaşı Şuayb belə dedi: ‘Ey qövmüm, Allaha qul olun! Sizin üçün ondan başqa ilah yoxdur. Ölçü çəkini əksiltməyin. Həqiqətən mən sizi xeyirdə (bolluq, rifah içində) görürəm. Şübhəsiz ki, mən sizi əhatə edən əzablı günün üzərinizə olmasından qorxuram.’
Ələsgər Musayev:
Mədyənə tərəf qardaşları Şuəybi. Dedi: «Ay qoumum! Allaha ibadət edin! Sizin Ondan qeyri Ilahiniz yoxdur. Ölçü mizanda kəsməyin. Mən sizi xeyir içində görürəm mən qorxuram sizi əhatə edəcək əzab günündən.
A.Mehdiyev və D.Cəfərli:
Mədyən (camaatına) onların (qan ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm mən sizin üçün (malları əskik verdiyinizə görə) hər şeyi əhatə edən həlakət gətirən günün əzabından qorxuram».
Kövsər Tağıyev:
Mədyən xalqına da qardaşları Şüeybi peyğəmbər göndərdik. O, belə dedi: “Ey qövmüm! Allaha qulluq edin. Sizin ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü çəkini azaltmayın. Mən sizi bolluq içində görürəm. Mən sizin adınıza (hamınızı) bürüyəcək bir günün əzabından qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mədyən (tayfasına) qardaşları Şüeybi (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçüdə çəkidə kəsməyin! Sizi bolluq içərisində görürəm, mən həm (hər tərəfinizi) bürüyəcək günün əzabından sizin üçün qorxuram.
Sabirə Dünyamalıyeva:
Mədyən [xalqına] da qardaşları Şüeybi elçi göndərdik. Şüeyb dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. Ölçünü tərəzini əskik tutmayın. Şübhəsiz ki, mən sizi xeyir ilə görürəm. mən, əhatə edəcək bir günün əzabından sizin üçün qorxuram.