Əlixan Musayev:
Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə (üzrxahlıq )(etməyə) izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar möminlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!
Elmir Quliyev
:
В тот день, когда Мы выставим из каждой общины свидетеля, неверующим не позволят оправдываться, и от них не потребуют покаяния.
Ələddin Sultanov:
O gün hər ümmətdən bir şahid gətirəcəyik. Sonra kafirlərə (üzr istəmələri üçün) nə icazə veriləcək, nə də onlardan üzr istəmələri tələb olunacaqdır.
Kerbelayi Malik ağa:
O gün bütün ümmətlərdən bir şahid göndərərik. Sonra kafirlərə cəhənnəmdən çıxmaları üçün izn verilməz və onların (Allahdan) üzr tələbləri qəbul edilməz.
Ələsgər Musayev:
O gün külli ümmətdən
şahid qaldırarıq, sonra o kəslər ki, kafirdirlər, onlara izn
verilməz və onların qayıtmaları da qəbul olunmaz.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.
Kövsər Tağıyev:
Qiyamət günü hər ümmətdən bir şahid göndərəcəyik. Sonra inkar edənlərə nə (üzrxahlıq etmək üçün) izin veriləcək, nə də Allahın razı qalacağı işlər görməklə bağlı istəkləri qəbul ediləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz hər millətdən bir şahid göndərəcəyik. Sonra kafirlərə (üzr istəməyə belə) icazə verilməyəcək və onlardan üzrxahlıq qəbul edilməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və hər ümmətdən bir şahid gətirəcəyimiz gün, artıq, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] icazə verilməyəcək. Onlardan üzr diləmələri də istənilməyəcəkdir.