İsra Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Hər kəs öz xasiyyətinə görə görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”.
Bünyadov-Məmmədəliyev:
De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!”
Elmir Quliyev :
Скажи: "Каждый человек избирает свой путь, а вашему Господу лучше знать, кто следует более прямым путем".
Ələddin Sultanov:
De: “Hər kəs öz təbiətinə uyğun görər. Rəbbiniz kimin ən doğru yolda olduğunu yaxşı biləndir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Hər kəs öz vəziyyətinə (mahiyyətinə, xarakterinə) görə əməl edər.’ Elə isə kimin daha çox hidayət yolunda olduğunu ən yaxşı Rəbbiniz bilir.
Ələsgər Musayev:
De: «Külli öz şəklinə görə əməl edəcək Rəbbiniz yaxşı bilir kim hidayət yolundadır!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Hər bir kəs öz vəziyyəti nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir.»
Kövsər Tağıyev:
De ki: “Hər kəs öz qabiliyyətinə uyğun işlər görər. Rəbbiniz ən doğru yolda olanı daha yaxşı bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Hər kəs öz bildiyi kimi edir. Sizin Rəbbiniz isə kimin daha doğru yolda olduğunu yaxşı bilir."
Sabirə Dünyamalıyeva:
De ki: "Hər kəs hansı haldadırsa, ona görə əməl işləyər. Bu halda, Rəbbin kimin ən doğru yolda olduğunu daha yaxşı bilir."