Məryəm Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.
Bünyadov-Məmmədəliyev:
Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).
Elmir Quliyev :
Посему не торопись с ними! Мы ведем для них счет.
Ələddin Sultanov:
Ona görə onlar barəsində tələsmə! Şübhəsiz, Biz onların günlərini bir-bir sayırıq (axirət gününə qədər onlara möhlət veririk).
Kerbelayi Malik ağa:
Artıq onlar üçün tələsmə. Biz yalnız onlara (günlərini) saydıqca sayırıq.
Ələsgər Musayev:
Buna görə tələsmə üzərində onların. Həqiqətən, müddətinə onların müddət artırarıq.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə onlara münasibətdə (onların məğlub məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün nəfəslərini) sayırıq.
Kövsər Tağıyev:
Ey Muhamməd! Elə isə onların əzaba düçar olmalarını istəməkdə tələsmə. Biz onlar üçün ancaq (təqdir etdiyimiz) günləri sayırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara (cəza verilməsinə) tələsmə. Biz onlar üçün haqq-hesab aparırıq.
Sabirə Dünyamalıyeva:
Elə isə, onların zərəri üçün tələsmə. Şübhəsiz ki, Biz, onlar üçün elə hey sayırıq.