Əlixan Musayev:
Kim (Qiyamət günü) yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.
Bünyadov-Məmmədəliyev:
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (səmimi-qəlbdən imanla) gəlsə, ona bundan (əməlindən) daha yaxşısı verilər (Cənnətə nail olar). Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!)
Elmir Quliyev
:
Тот, кто принесет хорошее, получит нечто лучшее. А если кто принесет плохое, то ведь творящие зло получат воздаяние только за то, что они совершали.
Ələddin Sultanov:
Kim yaxşı əməllə gələrsə, onun üçün bundan daha yaxşısı vardır. Kim də pis əməllə gələrsə, pis işlər görənlərə ancaq etdikləri əməllər qədər cəza verilər.
Kerbelayi Malik ağa:
Kim həsənat ilə (savab ilə) gələrsə o təqdirdə ona ondan daha xeyirlisi vardır. Kim seyyiat ilə (günahlar ilə) gələrsə, o zaman pis əməl işləyənlər ‘etdiklərindən başqası ilə cəzalandırılmazlar.
Ələsgər Musayev:
Kim g?l?rs? yaxs?l?qla, onun ucun ondan xeyirlisi var. Kim g?l?rs? pislikl?, onda o k?sl?r ki, pis ?m?ll?r edirl?r, ancaq etdikl?ri ?m?ll?rin c?zas?n? alarlar!
A.Mehdiyev və D.Cəfərli:
Hər kəs (əqidə və əməl mərhələsində) yaxşı əməllə gəlsə, onun üçün (dünyada və axirətdə) ondan daha yaxşısı (mükafat) vardır və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar.
Kövsər Tağıyev:
Kim yaxşı əməllə gələrsə, ona bundan daha xeyirlisi var. Kim də pis əməllə gələrsə, bilsin ki, pislik edənlərə sadəcə etdiklərinin cəzası verilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim (oraya) yaxşı iş gətirərsə, ona ondan daha xeyirlisi olar. Kim pis iş gətirərsə, pis iş işləyənlər ancaq etdikləri əməllərin əvəzini alarlar.
Sabirə Dünyamalıyeva:
Kim bir yaxşılıq gətirərsə, ona ondan daha xeyirlisi/ona ondan ötrü bir xeyr vardır. Və kim bir pis əməl gətirərsə; bax, o pis əməl işləyənlər, ancaq öz əməlləriylə əvəzini alacaqlar.