Saffat Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
Bünyadov-Məmmədəliyev:
O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
Elmir Quliyev :
Вот он пришел к своему Господу с непорочным сердцем.
Ələddin Sultanov:
Bir zaman o, Rəbbinin hüzuruna təmiz bir qəlblə gəlmişdi.
Kerbelayi Malik ağa:
O, Rəbbinə səlim (tərtəmiz) bir qəlb ilə gəlmişdi.
Ələsgər Musayev:
Onda gəldi Rəbbinə tərəf salim qəlblə.
A.Mehdiyev və D.Cəfərli:
O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).
Kövsər Tağıyev:
Bir vaxt o, Rəbbinə təmiz bir qəlblə gəlmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman o, təmiz ürəklə öz Rəbbinin yanına gəldi.
Sabirə Dünyamalıyeva:
O zaman o, Rəbbinə təmiz bir qəlblə gəlmişdi.