Əlixan Musayev:
Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.
Bünyadov-Məmmədəliyev:
Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!
Elmir Quliyev
:
Мы пролили на них дождь. Посмотри же, каким был конец грешников!
Ələddin Sultanov:
Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu! (Həzrət İbrahim peyğəmbərin qardaşı nəvəsi olan Həzrət Lut Sodom şəhərinin xalqına peyğəmbər göndərilmişdi. Oranın xalqı başqa insanların etmədiyi əxlaqsız işlər görürdülər. Onlar Həzrət Lutun nəsihətlərinə qulaq asmadılar. Nəhayət, Həzrət Lut özünə iman gətirənlərlə birlikdə gecə vaxtı oranı tərk etdi. Geridə qalanlar isə, zəlzələ və başlarına yağan daşlarla məhv oldular.)
Kerbelayi Malik ağa:
Onların üzərinə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu.
Ələsgər Musayev:
Biz onların üzərinə yağış yağdırdıq. Nəzər sal necə oldu aqibəti cərimə olunmuşların!
A.Mehdiyev və D.Cəfərli:
Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də günahkarların aqibətinin necə olduğuna nəzər sal!
Kövsər Tağıyev:
Onların üstünə bir əzab yağışı yağdırdıq. Gör günahkarların aqibəti necə oldu?!
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Onların üzərinə güclü bir yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu!
Sabirə Dünyamalıyeva:
Və onların üstünə bir yağış yağdırdıq. Bax gör günahkarların axırı necə oldu!