Əlixan Musayev:
Heç vaxt onlardan ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər.
Bünyadov-Məmmədəliyev:
Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.
Elmir Quliyev
:
Никогда не совершай намаз по кому-либо из них и не стой над его могилой, ведь они не уверовали в Аллаха и Его Посланника и умерли нечестивцами.
Ələddin Sultanov:
Onlardan ölən heç kəsin namazını qılma və qəbri başında durma! Çünki onlar Allahı və Onun Peyğəmbərini inkar etdilər və fasiq olaraq öldülər.
Kerbelayi Malik ağa:
Onlardan ölən bir kimsənin üzərində namazı əbədi olaraq (heç bir zaman) qılma və onun qəbiri başında durma. Çünki onlar Allahı və Onun Rəsulunu inkar etdilər və onlar fasiq olaraq öldülər.
Ələsgər Musayev:
Heç vaxt
diləmə onlardan birinin ölüsünün üzərində və durma onun
qəbrinin üzərində. Çünki onlar kafir oldular Allah ilə və Onun
rəsulu ilə və öldülər o halda ki, fasiq idilər.
A.Mehdiyev və D.Cəfərli:
Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
Kövsər Tağıyev:
Onlardan ölən heç bir kəsin namazını qətiyyən qılma və qəbrinin başında durma. Çünki onlar Allahı və Rəsulunu inkar etdilər və fasiq olaraq öldülər.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç vaxt onlardan ölmüş bir kəsin namazını qılma və onun qəbri başında durma! Axı onlar Allaha və Onun peyğəmbərinə küfr ediblər və azğınlıq içində ölüblər.
Sabirə Dünyamalıyeva:
Və onlardan ölən biri üçün dəstək olma, onun qəbirinin üstündə durma. Şübhəsiz ki, onlar, kafirlərdir; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən, Onun Elçisinin həqiqi elçi olduğunu bilə-bilə inkar edən kəslərdir. Və onlar, haqq yoldan çıxmış halda öldülər.